Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Xəbərlər

10.06.2023 - 11:38

Ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Ötən gün Azərbaycanda yol qəzalarında 2 nəfər ölüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, iyunun 9-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Müəllif: Ayna.az