Ötən gün vətəndaşlardan 12 silah götürülüb

Xəbərlər

01.02.2024 - 09:32

Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah götürüb.

Bu barədə AYNA-y Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 7 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı və 150 ədəd patron təhvil götürüblər.

Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd avtomat silahı, 1 tapança, 1 tüfəng, 11 ədəd patron darağı və 33 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş