Ötən gün törədilmiş 42 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

17.12.2021 - 12:21

Həkimlər Klinikalar SEO Xidməti

Borclu şəxs qismində axtarılan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 16-da qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 42 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 80 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş