Ötən gün törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

07.07.2021 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub

 

Daxili İşlər Nazirliyi (DİN) iyulun 6-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 37 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş