Ötən gün axtarışda olan 145 nəfər saxlanılıb

Xəbərlər

28.02.2026 - 18:26

52 cinayətin üstü açılıb

Fevralın 27-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, axtarışda olan 145 nəfər saxlanılıb.

⁠Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib. ⁠Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş