Ötən gün 90 nəfər şənliklərə buraxılmayıb

Xəbərlər

01.03.2022 - 10:51

Həkimlər Klinikalar SEO Xidməti

Monitorinqlər 111 şadlıq sarayında və 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib

Fevralın 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 112 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, monitorinqlər 111 şadlıq sarayında və 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 90 nəfər şənliklərə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş