Ötən gün 4 qumbara və digər silah-sursat təhvil götürülüb

Xəbərlər

22.03.2024 - 11:37

Daxili İşlər Nazirliyi məlumat yayıb

Ötən gün 4 qumbara və digər silah-sursat təhvil götürülüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları martın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 qumbara, 2 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Müəllif: Ayna.az