Ötən gün 228 nəfər toylara buraxılmayıb

Xəbərlər

11.12.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Toylarda karantin rejiminə əməl olunması ilə bağlı monitorinqlər davam edir

Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 307 toy şənliyinin monitorinqini həyata keçirib.

AYNA xəbər verir ki, monitorinq 298 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 228 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş