Ötən gün 19 nəfər saxlanılıb

Xəbərlər

06.03.2020 - 11:20

Həkimlər Klinikalar SEO Xidməti

3 nəfər tapılaraq ailəsinə təhvil verilib

 

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də 25 cinayətin üstü açılıb.

 

AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

 

Hədə-qorxu ilə tələb etmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 19 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışa elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş