Ötən gün 13 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

18.12.2020 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub

 

Ötən gün ərzində törədilmiş 13 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş