Ötən ay sərhəddə 1, 7 milyon manatlıq qaçaqmal tutulub

Xəbərlər

03.12.2024 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

6018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirdiyi mübarizə tədbirləri nəticəsində noyabr ayında ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal dövriyyədən çıxarılıb. AYNA xəbər verir ki, bu barədə DSX-dən bildirilib.

Qeyd olunub ki, əməliyyat tədbirləri nəticəsində, gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, Makarov PM silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Müəllif: Ayna.az