Sentyabrda ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 milyon manat təşkil edib
2025-ci il oktyabr ayının 1-nə Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankdan bildirilib.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16% artmış, kredit kartlarının sayı isə 7% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.
2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 mln. manat təşkil edib.