Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

03.08.2019 - 01:37

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 66,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,32 dollar/barel azdır.

 

AYNA trend.az-a istinadən  xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 62,55 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel azdır.

Müəllif: Ayna.az