Manat bahalaşıb

İqtisadiyyat

24.07.2019 - 10:22

Rəsmi məzənnələr açıqlanıb

 

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. AMB-dən AYNA-ya verilən məlumata görə, iyulun 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

 

Bundan fərqli olaraq, avro 1,8947 manata, türk lirəsi 0,2973 manata, rus rublu isə 0,0269 manata enib.   

Müəllif: Ayna.az