Ötən ay azad edilmiş ərazilərdə 428 mina aşkarlanıb

Xəbərlər

03.03.2025 - 22:38

Həkimlər Klinikalar SEO Xidməti

2862,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən fevral ayında icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.

ANAMA-dan AYNA.AZ-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 305 piyada əleyhinə mina, 123 tank əleyhinə mina, 1078 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2862,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş