Ötən ay 18 aptekdə nöqsan aşkarlanıb

Xəbərlər

02.06.2026 - 13:34

Apteklər barədə inzibati protokol tərtib edilib

2026-cı ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 56 aptekdə yoxlama aparılıb. AYNA.AZ xəbər verir ki, bu barədə AEM-dən bildirilib.

Qeyd olunub ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş