Ordumuzun zabitinin intiharı ilə bağlı cinayət işi açılıb

Xəbərlər

13.07.2021 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Prokurorluğun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib

 

İyulun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli rayon hərbi prokurorluğuna məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, daxil olmuş məlumat əsasında Füzuli Rayon Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

 

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş