Ordumuzun Xankəndini atəşə tutması xəbəri yalandır

Xəbərlər

06.11.2020 - 13:12

Müdafiə Nazirliyi: “Ermənistan törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır”

 

Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu cür məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

Müəllif: Ayna.az