Ordubadda qanunsuz balıq ovlayan şəxslər cərimələnib

Xəbərlər

31.05.2023 - 19:49

Həkimlər Klinikalar SEO Xidməti

Faktlarla bağlı protokollar tərtib olunub

Ordubad rayonunda qanunsuz balıq ovlayan şəxslər cərimələnib.

AYNA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları reyd keçiriblər.

Reyd zamanı Ordubad rayonunun Azad kəndin yaxınlığından keçən Gilançayda qadağan olunmuş üsulla qanunsuz balıq ovlayan şəxslər aşkarlanıb və onlar haqqında müvafiq tədbir görülüb. Araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Ordubad rayonunun Azad kənd sakinləri Cəlilov Kamran, Kazımov Nahir və Əsgər Şahin olduğu müəyyənləşib.

Faktlarla bağlı protokollar tərtib olunub və bu istiqamətdə işlər davam etdirilir.

Müəllif: Ayna.az