“Biz bu işdə iştirak etmirik, bu planla qələbə qazanmaq mümkün deyil”
“Ukrayna Prezidenti Volodimir Zelenskinin irəli sürdüyü qondarma “Qələbə planı” onun məğlubiyyətinə gətirib çıxaracaq”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
Baş nazir qeyd edib ki, Ukrayna lideri öz hərbi planını Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində təqdim edib: “Belə görünür ki, Kiyevin müttəfiqləri Ukraynada hərbi münaqişənin davam etdirilməsinə sadiqdir”.
“Macarıstan hesab edir ki, Aİ artıq Ukrayna ilə birlikdə uduzur. Məğlub olanlar indi “Qələbə planı”na keçmək istəyirlər. Dedik ki, biz bu işdə iştirak etmirik, bu planla qələbə qazanmaq mümkün deyil”, – Orban Brüsseldən vurğulayıb.