“Ukrayna və Avropa İttifaqı Rusiya ilə münaqişədə məğlub olublar”
“Ukrayna və Avropa İttifaqı (Aİ) Rusiya ilə münaqişədə faktiki olaraq məğlub olublar, lakin bunu etiraf etmirlər”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Rusiya qələbəyə yaxınlaşır və Ukrayna bu müharibəni praktiki olaraq uduzdu, Avropa da Ukrayna ilə birlikdə onu uduzdu. Lakin heç kimin bunu etiraf etməyə və nəticələrinə görə məsuliyyəti öz üzərinə götürməyə cəsarəti çatmır”, - deyə siyasətçi bildirib.
Eyni zamanda, Orbanın fikrincə, Qərb ölkələri “elə davranmaqda davam edir ki, sanki hərbi yol hələ də münaqişədə qələbəyə gətirib çıxara bilər”.
Baş nazirin sözlərinə görə, bundan yeganə çıxış yolu diplomatiya, atəşkəs və sülh danışıqlarına başlamaqdır.