Orban: “Qərb Ukrayna münaqişəsində uğursuzluğunu etiraf etmir”

Dünya

25.10.2024 - 17:54

Həkimlər Klinikalar SEO Xidməti

“Qərb çətin vəziyyətdədir, uduzulmuş müharibə aparırlar”

“Qərb ölkələri Ukrayna münaqişəsində uduzurlar, lakin onu dayandırmaq və uğursuzluqlarını etiraf etmək istəmirlər”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının efirində deyib.

“Qərb çətin vəziyyətdədir, uduzulmuş müharibə aparırlar”, - deyə Baş nazir bildirib.

Orban vurğulayıb ki, bu vəziyyət Macarıstanı iqtisadi sahədə “manevr üçün yer” axtarmağa məcbur edir ki, bu da onun hökumətinin siyasəti sayəsində həyata keçirilir: “Vəziyyət ondan ibarətdir ki, Qərb ölkələri Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəmir”.

Bundan əvvəl Orban Macarıstanın “Avropa İttifaqının kuklasına çevrilməyəcəyini, Qərb dövlətlərinin şantajına boyun əyməyəcəyini və öz azadlığı uğrunda mübarizəni davam etdirəcəyini” vəd etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş