Orban Gürcüstana gəlir: səfər iki gün davam edəcək

Dünya

28.10.2024 - 15:33

Həkimlər Klinikalar SEO Xidməti

İrakli Kobaxidze və Viktor Orban mediaya birgə bəyanatlarla çıxış edəcəklər

Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 28-29-da Gürcüstanda rəsmi səfərdə olacaq. AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da Gürcüstan hökumətinin administrasiyasında Baş nazirin rəsmi qarşılanma mərasimi keçiriləcək. Gürcüstan hökumətinin başçısı İrakli Kobaxidze macar həmkarını qəbul edəcək.

Görüşlər üzbəüz və geniş formatda keçiriləcək. Bundan sonra İrakli Kobaxidze və Viktor Orban mediaya birgə bəyanatlarla çıxış edəcəklər.

“Macarıstanın Baş naziri Viktor Orbanın Gürcüstana gözlənilən səfəri onun şəxsi təşəbbüsü kimi qiymətləndirilməlidir”. Bu barədə “Politico” adı açıqlanmayan avropalı diplomata istinadən yazıb.

Nəşrin həmsöhbətinin fikrincə, Macarıstan Baş nazirinin Gürcüstana səfəri yalnız “milli miqyasda səfərdə olan və Şuranın sədri kimi Avropa İttifaqı adından açıq şəkildə danışmayan Orbanın növbəti tək cəhdi kimi başa düşülməlidir".

“Əgər Orban səfər zamanı Aİ-ni təmsil etdiyini desəydi, bu, saxtakarlıq və açıq-aşkar yalan olardı”, - deyə mənbə qeyd edib.

Macarıstan hökumətinin sözçüsü Zoltan Kovacs “X”də yazıb ki, səfər Gürcüstanın xahişi ilə təşkil olunub. Orbanı səfərdə Macarıstanın xarici işlər naziri Peter Siyarto, iqtisadiyyat naziri Marton Nagy və maliyyə naziri Mihali Varqa müşayiət edəcək.

Qeyd edək ki, Macarıstanın Baş naziri gürcüstanlı həmkarını və hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasını parlament seçkilərində qazandığı qələbə münasibətilə ilk təbrik edənlərdən olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş