“İndi biz küncdə stulda otururuq, taxtda isə amerikalılar və ruslar oturub”
“Əgər respublikaçıların namizədi Donald Tramp ABŞ Prezidenti olsa və Ukraynanı dəstəkləməkdən imtina etsə, o zaman Avropa Ukrayna münaqişəsinin yükünü təkbaşına daşıya bilməz və sülh yolu ilə danışıqlara getməli olacaq”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Kosut Rádio”nun efirində deyib.
Baş nazir xatırladıb ki, Avropa Siyasi Birliyinin sammiti noyabrın 7-də Budapeştdə baş tutacaq: “Bu tədbirdə biz Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmalıyıq. İndi biz küncdə stulda otururuq, taxtda isə amerikalılar və ruslar oturub. Əgər gözlənilən dönüş həqiqətən baş verərsə, Avropa müharibə tərəfdarı olaraq qala bilməyəcək”.
Onun sözlərinə görə, dünyada yeni çoxluq yarandığı üçün Qərb böyük dəyişikliklərlə üz-üzədir.
“İnsanların böyük əksəriyyəti sülh tərəfdarı, miqrasiya və cinsiyyət ayrı-seçkiliyi əleyhinədir. Bu, biz vətənpərvərlərin Avropada təmsil etdiyi qüvvələrdir və inanıram ki, çərşənbə axşamı – ABŞ-dakı seçkilərdən sonra ABŞ hökumətinə məhz bu qüvvələr daxil olacaq”, - Baş nazir bildirib.