Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
AYNA-nın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.