Operativ Qərargahdan koronavirusa yoluxma sayı barədə AÇIQLAMA

Aktual

24.10.2021 - 17:53

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada koronavirus infeksiyasına 2036 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2036 yoluxma faktı qeydə alınıb, 1045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 min 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 min 604 nəfər müalicə olunaraq sağalıb, 6894 nəfər vəfat edib. Aktiv xəstə sayı 24 min 827 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 325, bu günə qədər isə ümumilikdə 5 milyon 108 min 298 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş