TƏBİB: “Payıza hazırlıq işləri görülür”

Aktual

21.08.2020 - 17:30

Yaqut Qarayeva: “Həm Bakıda, həm də bölgələrdə çox sayda təlimlər keçirilib”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva koronaviruslu xəstələri müalicə edən həkimlər barədə məlumat verib.

 

AYNA-nın xəbərinə görə, Qarayeva deyib ki, pandemiya şəraitində bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq bu işə cəlb edilirlər: “Həm Bakıda, həm də bölgələrdə çox sayda təlimlər keçirilib. Bütün başqa ixtisasda çalışan həkimlərimiz də bu təlimlərə qoşulub. Bu, bütün dünyada belədir. Yoluxmanın azalması və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür”.  

Müəllif: Ayna.az