Operativ Qərargah COVID-19-la bağlı son vəziyyəti açıqlayıb

Aktual

06.04.2022 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib, aktiv xəstə sayı 297 nəfərdir.

Ölkədə son sutka ərzində 5 230, hazırkı dövrədək isə 6 726 560 test aparılıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş