Onu büdrətmək üçün yoluna daşlar düzün və o, həmin daşları pillələrə çevirəcək...

Aktual

24.12.2022 - 10:00

Qətiyyətli insanın uğur qazanmasının qarşısını almaq olmaz

Bu gün, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 61 yaşını qeyd edir. Məşhur amerikalı psixoloq Orison Suet Marden bir dəfə qeyd edib ki, “Qətiyyətli insanın uğur qazanmasının qarşısını almaq olmaz. Onu yolundan büdrətmək üçün daşlar qoyun və o, onları böyüklüyə yüksəlmək üçün pillələrə çevirəcək”.

İlham Əliyevin taleyi, keçdiyi həyat yolu bu həqiqəti sübut edir.

İlham Əliyevin liderlik keyfiyyətləri, parlaq ağlı, əyilməz iradəsinin gücü və dəyərli təcrübəsi sayəsində onun rəhbərlik etdiyi Azərbaycan bu gün beynəlxalq aləmdə mühüm dövlətlərdən birinə çevrilib. Onun adı Azərbaycan xalqına qürurunu, şərəfini, ləyaqətini, doğma torpaqlarını qaytarmış lider kimi Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb. Postsovet məkanında heç bir lider dəmir yumruqla parlaq formada işğalçıları öz doğma torpaqlarından qovmağa və xalqının uzunmüddətli ümidlərini doğrultmağa nail ola bilməyib.

Düşmən üzərində şanlı qələbə qazanaraq torpağı işğaldan azad edən İlham Əliyev nəinki müstəqil və müasir Azərbaycanın rəmzinə çevirildi, həm də iqtisadiyyatı və ölkənin müdafiə qabiliyyətini gücləndirməklə gələcək qələbənin dəmirini inadla və əziyyətlə döyən, dövlətçiliyi möhkəmləndirən liderin bariz nümunəsinə çevrildi. Azərbaycan xalqının çoxdankı və müqəddəs arzusu gerçəkləşdi və onun rəhbəri ona göstərilən etimadı tam doğruldaraq, çoxdan gözlənilən bu məqamın təcəssümü və təşəbbüskarına çevrildi.

Hazırda dünyanın Azərbaycanın uğurlarına, iqtisadi imkanlarına marağının artması isə İlham Əliyevin dövlət başçısı kimi çoxşaxəli və titanik fəaliyyətinin məntiqi davamıdır. Azərbaycanın hər bir uğuru Prezidentə qürur, sevinc və minnətdarlıq üçün daha bir səbəbdir.

İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan müstəqilliyimizin və dövlətçiliyimizin möhkəm təməlini xeyli möhkəmləndirən böyük quruculuq yolu keçib. 44 günlük müharibədə inamlı qələbə ilə ərazi bütövlüyü bərpa olundu, dövlətçiliyimiz möhkəmləndi.

İndi də bu aktual məsələlər İlham Əliyevin diqqət mərkəzində qalır. Onun mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərləri, rəhbərliyi altında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri öz doğma torpaqlarının dirçəlməsini, azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasını təmin edir. Bu yorulmaz fəaliyyətin miqyası ölkəmizin hüdudlarından çox-çox uzaqlarda xüsusi həsəd obyektinə çevrilərək, Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoyub.

İlham Əliyev bütün dünyada həmvətənləri tərəfindən sevilən və hörmət edilən bir lider kimi şanlı adını əbədiləşdirdi, çünki hər bir söz, qərar və addımın arxasında xalqına xidmət etmək kimi bir səmimi arzu dayanır. Azərbaycanın hərtərəfli inkişafını, dövlətçiliyinin daha da inkişafını, müstəqilliyinin möhkəmlənməsini xalq məhz İlham Əliyevin adı ilə bağlayır.

Azərbaycana fədakarlıqla bağlı olan İlham Əliyev xalqının sonsuz məhəbbətini qazanaraq Azərbaycan dövlətçilik tarixinə parlaq səhifə yazır. O, təcrübəli və uzaqgörən dövlət xadimi kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir və bu gün də Azərbaycanı heyranlıq nümunəsinə çevirir.

Müəllif: Asif Aydınlı