"Omikron" ştamına yoluxanların sayı artmaqda davam edir
Koronavirusun “omikron” ştamı 2021-ci ilin sonuncu həftəsindən Norveçdə dominant ştama çevrilib.
AYNA xəbər verir ki, bu barədə Norveç Səhiyyə İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, ötən ilin sonuncu həftəsində koronavirusa yoluxmaların 65,4%-ni “omikron” ştamı təşkil edib.
Qeyd edək ki, noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan hərfi “omikron”la adlandırıb.