Ombudsman Zəngilanda dağıdılmış qəbiristanlıqlarda monitorinq aparıb

Xəbərlər

20.12.2021 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

Hesabat insan hüquqları sahəsində aparıcı beynəlxalq təşkilatlara təqdim ediləcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən növbəti faktaraşdırıcı missiya Zəngilan rayonunda həyata keçirilib.

Ombudsman Aparatından AYNA-ya verilən xəbərə görə, faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad olunmuş Zəngilan rayonunda yerləşən qəbiristanlıqlarda məzarların Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması faktlarını araşdırmaq və sübutlar toplamaqdır.

Faktaraşdırıcı missiya çərçivəsində Ombudsman Zəngilan rayonundakı dağıdılmış Məmmədbəyli və Ağalı qəbiristanlıqlarında monitorinq aparıb.

Faktaraşdırıcı missiya çərçivəsində toplanmış materiallar əsasında hesabat hazırlanaraq insan hüquqları sahəsində aparıcı beynəlxalq təşkilatlara təqdim ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş