Ölümü ilə barışa bilmədiyim şair

Cəmiyyət

30.12.2020 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

O, hər kəsin şairidir: varlının da, kasıbın da, əsgərin də, müəllimin, tələbənin də

 

Nüsrət Kəsəmənli bəlkə də yeganə şairdir ki, onun yaradıcılığı dildən-dilə keçərək əzbərlənmiş, sevilmiş.  Xalq sevgisi qazanmış şairin yaradıcılığı xalqın yaddaşına hopdu. Onun yazdıqları kağız üzərində qalmadı. Könüldən-könülə yol tapdı Nüsrət Kəsəmənli poeziyası. Onun yaradıcılığı günəş kimi parladı, sevənlərin qəlbini riqqətə gətirdi. O, hər kəsin şairidir: varlının da, kasıbın da, əsgərin də, müəllimin, tələbənin də.

 

Vətənə məhəbbəti sonsuz olan şairi bölünmüş, parçalanmış, yağmalanmış o taylı-bu taylı Azərbaycan dərdi, Təbriz dərdi, Qarabağ dərdi vaxtsız-vədəsiz öldürdü. Təbrizdə can verdi. Bu ölüm adi ölüm deyildi. O, ölümü ilə o taylı-bu taylı Azərbaycanı bir az da yaxınlaşdırdı, birləşdirdi.

 

...Əlim bəlkə o diyara yetmədi,

Adım bəlkə tarixlərdə itmədi.

Nəğmələrim Vətən sarı getmədi;

Xəzan yarpaq, kəfənim ol, kəfənim...

Bənövşətək boynum bükük, dilim lal,

Görən nə vaxt tükənəcək bu məlal?

Ay "Qarabağ şikəstəsi", sən ucal

Harayıma yetənim ol, yetənim..., deyən şairim, ruhunuz şad olsun.

 

Qarabağ Azaddır. Nəvəniz Cavidan da Qarabağın azadlığı uğrunda döyüşdü. Vətənin azadlığı uğrunda əsgər Cavidan Kəsəmənlinin də xidməti var!

 

Şeirləriniz azad Qarabağda səslənəcək, şairim!

 

Yaşasaydı bu gün 75 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!

 

Kişiliyi, dürüstlüyü, məğrurluğu ilə bərabər təkrarsız ədəbi irs yadigar qoydu xalqımıza.

 

750 il keçsə də Nüsrət Kəsəmənli hər zaman qəlblərdə yaşayacaq! Ruhuna böyük sevgi və hörmətlə...

 

P.S. Şəkil 19 il öncə çəkilib.

 

Səbinə Yusif

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş