Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada R.Əliyev orada ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.