Ölkəyə daxil olan 3 avtomobil saxlanılıb

Hadisə

04.03.2020 - 12:10

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobillərdə siqaret və spirtli içkilər aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə tütün məmulatlarının və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdikləri "Vaz 21074", "Mercedes Benz E 240" və "Chevrolet Cruze" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunublar.

 

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində 2400 ədəd "King", 3800 ədəd "Marlboro" markalı siqaretlər və üzərində "Neft" yazısı olan 27 ədəd 0,7 litrlik spirtli içki aşkarlanıb.

 

Hazırda faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş