Ölkə ərazisinə toz-duman yayılıb

Xəbərlər

31.01.2020 - 11:56

Hazırda müşahidə olunan tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

 

ETSN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur. Buna səbəb son iki gün ərzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarımadasından toz dumanının daxil olmasıdır.

 

Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur. Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş