“Ölən dünyanın yaddaşı” Gəncədə canlanıb - <font color=red> FOTOLAR</font>

Mədəniyyət

24.12.2019 - 19:55

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə ərsəyə gətirilmiş filmin növbəti təqdimatı olub

 

Dekabrın 24-də Gəncə şəhərində yerləşən “Gəncə Mall” kinoteatrında, ARB televiziyası “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsal etdiyi “Ölən dünyanın yaddaşı” filminin təqdimatı keçirilib. Film Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük fikir adamı, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə çəkilib.

 

"Cavad xan" Fondunun təşkilatçılığı və “Cinema Plus”un dəstəyi ilə baş tutan tədbirdə görkəmli yazıçının övladları - Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və jurnalist Fərrux Şıxlı, professor Qulu Məhərrəmli, bəstəkar Vaqif Gərayzadə, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk iştirak ediblər.

 

Gəncə şəhər ictimaiyyəti filmi maraqla qarşılayıb. Yaradıcı heyətdən filmin müəllifi və rejissoru Arif Əliyev və bədii rəhbəri Tahir Tahiroviç tamaşaçıların suallarını cavablandırıb.

 

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Arif Əliyev, operatorları Rafiq Əliyev və Əminə Həsənli, montajçısı Pərviz Səlimov, filmin direktoru Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Filmdə, əslən azərbaycanlı olan məşhur Türkiyə aktrisası Nəsrin Cavadzadə rol alıb.

 

Xatırladaq ki, “Ölən dünyanın yaddaşı” filminin ilk təqdimat mərasimi cari il oktyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Müəllif: Ayna.az