Əminə Yusifqızı dəfn edilib

Mədəniyyət

10.10.2025 - 16:03

Xalq artisti Qurd Qapısı məzarlığında torpağa tapşırılıb

Ötən gün vəfat edən Xalq artisti Əminə Yusifqızı ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

AYNA.AZ xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, mədəniyyət və incəsənət xadimləri, Xalq artistinin yaxınları iştirak ediblər.

Nazir müavini çıxışında bildirib ki, Ə.Yusifqızının sənəti hər zaman yaşayacaq: “Əminə xanım böyük sənətkar idi, bu gün burada onun haqqında danışmaq çox çətindir”.

Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Şəfiqə Məmmədova da çıxış edib, Ə.Yusifqızının böyük sənətindən bəhs ediblər.

Mərasimdən sonra Xalq artisti Bakıda Qurd Qapısı məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Ə.Yusifqızı dünən 89 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş