Oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Xəbərlər

16.10.2020 - 11:18

Hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib

 

Oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb. AYNA-nın xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirib.

 

O, qeyd edib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib.

 

Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə bankomatlardan əldə edə bilərlər.

 

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Müəllif: Ayna.az