Odessaya hücum: SOCAR-ın yanacaqdoldurma məntəqəsi vurulub

Xəbərlər

18.08.2025 - 10:37

Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri hücumu təsdiqləyib

Ötən gecə Rusiya ordusu Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub. Bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, Rusiyanın “Şahed” PUA-lıarı vasitəsilə SOCAR-ın Odessada yerləşən terminalına hücum edilib.

Odessa Vilayət Administrasiyasının rəhbəri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqləyib

Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper öz “Telgram” kanalında yazıb ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq Odessaya zərbələrin nəticələri qeydə alınıb.

Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.

Qeyd edək ki, Rusiya 8-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş