O’Brayn: “Bakıda müsbət və konstruktiv görüşlər oldu”

Xəbərlər

07.12.2023 - 12:35

“Blinken sülh danışıqları üçün Ceyhun Bayramovu və Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”

“Bakıda müsbət və konstruktiv görüşlər oldu”. AYNA xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfəri ilə bağlı özünün “X” hesabında paylaşımında yazıb.

O’Brayn ABŞ dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovu və erməni həmkarı Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.

“Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır, katib Blinken isə sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, - deyə O`Brayn qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş