Ağ Evdən görüşün dəqiq harada keçiriləcəyi açıqlanmayıb
“Liderlər səviyyəsində Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun (Ramstein) iclası keçiriləcək. Bu, gələn ay baş tutacaq və bu münaqişədə üstünlüyü əldə etmək üçün Ukraynaya dəstək olmaq məqsədi daşıyacaq”. AYNA xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.
Jan-Prey görüşün dəqiq harada keçiriləcəyini açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 12-də ABŞ Prezidenti Co Bayden “Ramstein” formatının ölkə və hökumət rəhbərləri səviyyəsində iclasa sədrlik etməli idi. Lakin “Milton” qasırğası Florida sahillərinə yaxınlaşdığı üçün Prezident Avropaya səfərini ləğv etdi. Bu səbəbdən “Ramstein”in iclası təxirə salındı.