Neymar PSJ ilə bağlı qərarını açıqlayıb

İdman

24.07.2022 - 05:48

Neymar: "Mən buradan ayrılmaq fikrində deyiləm"

Braziliya millisinin futbolçusu Neymar hazırda çıxış etdiyi Fransa PSJ-si ilə bağlı qərarını açıqlayıb

AYNA-nın məlumatına görə, 30 yaşlı hücumçu AFP-yə müsahibəsində Paris təmsilçisində qalmaq istədiyini bildirib.

Təcrübəli forvard komandadakı gələcəyi ilə bağlı ona heç nə deyilmədiyini vurğulayıb: "Mənə yeni baş məşqçinin planlarına daxil olmadığım barədə heç nə deyilməyib. Klubun nə istədiyini bilmirəm. Amma mən buradan ayrılmaq fikrində deyiləm".

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında keçib. Ulduz futbolçu ötən mövsüm 26 görüşdə 13 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

Müəllif: Ayna.az