Çinli şahmatçı FIDE-ni bütün yarışları ləğv etməyə çağırıb

İdman

08.03.2020 - 03:52

"FİDE təcili olaraq bütün rəsmi yarışları dayandırmalıdır"

 

Teymur Rəcəbovun FİDE ilə məlum qalmaqalından sonra "İddiaçılar Turnirinin" daha bir iştirakçısı koronavirusla bağlı FİDE-yə müraciət edib. AYNA xəbər verir ki, turnirin iştirakçılarından olan çinli Vanq Xao bu barədə şəxsi "Facebook" hesabında paylaşım edib.

 

"Düşünürəm ki,  FİDE təcili olaraq bütün rəsmi yarışları dayandırmalıdır. Çünki əksi olsa, FİDE-nin bu xəstəliyin fəsadları ilə mübarizə aparmaqda heç bir planı işə yaramayacaq", - deyə çinli qrossmeyster bildirib.

Müəllif: Mərahim Nəsib