Qolları Timo Vernervə Meyson Maunt vurublar
İngiltərənin "Çelsi" futbol klubu Çempionlar Liqasının yarım finalının cavab matçında öz meydanında İspaniyanın "Real Madrid" komandasını qəbul edib.
AYNA-nın məlumatına görə, oyun İngiltərə təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.
Bildirilib ki, qolları Timo Verner (28-ci dəqiqə) və Meyson Maunt (85) vurublar.
Qeyd edək ki, Madriddə baş tutan ilk qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. London klubu finalda digər İngiltərə komandası - "Mançester Siti" ilə oynayacaq.