“Neftçi” - “Qalatasaray”ı Bakı Olimpiya Stadionunda qəbul edəcək

İdman

11.09.2020 - 18:53

Həkimlər Klinikalar SEO Xidməti

Matçın keçiriləcəyi stadion dəyişdirilib

 

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Qalatasaray” oyununun yeri dəyişdirilib. AYNA “Neftçi”nin rəsmi saytına istinadən bildirir ki, oyun “Bakcell Arena”da keçirilməli idi.

 

Lakin hər iki klubun razılığı ilə matçın Bakı Olimpiya Stadionunda təşkil olunması haqda UEFA-ya müraciət edilib. Avropanın ali futbol qurumu pandemiya dövründə BOS-un geniş infrastruktur imkanlarını nəzərə alaraq oyunun həmin arenada keçirilməsinə razılıq verib.

 

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət