Netanyahu Qəzzada atəşkəsdən imtina edərsə, ABŞ ona təzyiqi artıracaq

Dünya

15.08.2024 - 10:37

Həkimlər Klinikalar SEO Xidməti

“Haaretz”: Bayden açıq şəkildə Netanyahunu danışıqların uğursuzluğuna görə günahlandıracaq

ABŞ Prezidenti Co Bayden Qəzza zolağında girovların qaytarılması və atəşkəslə bağlı danışıqlardan əl çəkəcəyi təqdirdə Baş nazir Benyamin Netanyahunu açıq şəkildə günahlandıracaq. Bu barədə “Haaretz” mənbələrə istinadən məlumat yayıb.

“Bayden administrasiyası İsrailə və Fələstinin radikal HƏMAS hərəkatına əlavə danışıqlar olmadan “bəli” və ya “xeyr” təklifi verə bilər. Netanyahu “yox” desə, Bayden ilk dəfə danışıqların uğursuzluğuna görə açıq şəkildə İsrailin Baş nazirini günahlandıracaq”, – qəzet yazıb.

Nəşr qeyd edir ki, Vaşinqton HƏMAS ilə razılaşmaya etiraz edən hökumətdəki radikal sağçılar, yəni milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı “müəyyən addımlar ata bilər”.

Avqustun 9-da Qətər, Misir və ABŞ liderləri birgə bəyanatda Qəzza zolağında atəşkəs və girovların azad edilməsi üçün yekun təklifi təqdim etməyə hazır olduqlarını bildiriblər. Onlar İsrail və HƏMAS-ı “bütün qalan boşluqları doldurmaq və heç bir gecikmə olmadan sazişin icrasına başlamaq” üçün avqustun 15-də Doha və ya Qahirədə danışıqları bərpa etməyə çağırıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş