Netanyahu narazıdır: "Sülh Şurasının tərkibi İsraillə razılaşdırılmayıb"

Dünya

17.01.2026 - 23:06

Baş nazir İsrail xarici işlər nazirinə narazılığı ABŞ dövlət katibinə ünvanlamağı tapşırıb

“Qəzzanın idarəetməsini nəzərdə tutan Sülh Şurasının tərkibi İsrail ilə razılaşdırılmayıb və onun siyasətinə ziddir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu ifadələr İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin açıqlamasında yer alıb.

Bəyanatda deyilir: ""Sülh Şurası"na tabe olan Qəzza İdarəetmə Şurasının tərkibinin elan edilməsi İsrail ilə razılaşdırılmayıb və onun siyasətinə ziddir".

Ofisdən əlavə edilib ki, Netanyahu "İsrail xarici işlər naziri Gideon Saara bu narazılığı ABŞ dövlət katibi Marko Rubioya ünvanlamağı tapşırıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş