Netanyahu: “İrana hücum dəqiq və güclü idi”

Dünya

28.10.2024 - 06:15

Həkimlər Klinikalar SEO Xidməti

“İranın hücumuna cavab verəcəyimizə söz verdik və şənbə günü zərbə vurduq”

“İrana qarşı hava hücumu dəqiq, güclü və uğurlu oldu”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“İranın hücumuna cavab verəcəyimizə söz verdik və şənbə günü zərbə vurduq. İrana hücum dəqiq və güclü idi, bütün məqsədlərə nail olundu”, Baş nazir Qüdsdə bəyan edib.

Qeyd edək ki, İsrailin hava hücumları İranın oktyabrın 1-də İsrailə iki yüzə yaxın raket zərbəsi endirdiyi hücuma cavab olaraq həyata keçirilib. Onların əksəriyyəti İsrailin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmişdi.

“İran yüzlərlə ballistik raketlə İsrailə hücum etdi və hücum uğursuz oldu. Sözümüzü tutduq. Hərbi təyyarələr İrana hücum edib və bu ölkədəki müdafiə obyektlərinə və raket istehsalına zərbələr endirib”, - Netanyahu bildirib.

İran daha əvvəl İsrailin Tehran ətrafındakı hərbi obyektlərə və digər ərazilərə hücum etdiyini təsdiqləyərək, hava hücumunun “məhdud ziyan” verdiyini və dörd əsgərin öldüyünü qeyd edib.

İran Prezidenti Məsud Pezeşkian İsrailin hücumuna “balanslı və düşünülmüş” cavab veriləcəyi ilə hədələyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş