Nəsrullah dəfn edilib: gizli və müvəqqəti

Dünya

04.10.2024 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Bu qərar Nəsrullahın dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi qorxusundan verilib

Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülən Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullah gizli şəkildə müvəqqəti məxfi yerdə dəfn edilib. AYNA xəbər verir ki, bu barədə “Sky News Arabia”ya təşkilata yaxın mənbə məlumat verib.

Onun sözlərinə görə, bu qərar Nəsrullahın dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi qorxusundan verilib.

“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yaranana qədər müvəqqəti yerdə dəfn edilib”, - mənbə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş