Nepalda daşqınlar: ölənlərin sayı 193-ə çatıb

Dünya

30.09.2024 - 13:06

Həkimlər Klinikalar SEO Xidməti

96 nəfər yaralanıb, 31 nəfər isə itkin düşüb

Nepalda həftəsonu yağan güclü yağışlar nəticəsində yaranan daşqın və torpaq sürüşmələrində ölənlərin sayı 193 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, daha 96 nəfər yaralanıb, 31 nəfər isə itkin düşüb.

Qeyd olunub ki, ən çox insan güclü yağışların yağdığı Nepalın paytaxtı Katmanduda həyatını itirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş